Belorusa görə BMT Təhülkəsizlik Şurası toplanır

BMT-nin Baş Katibi Ban Ki-moon Belorusun Fil Dişi Sahilinə embarqonu pozmasına görə BMT Təhülkəsizlik Şurasının təcili iclasını çağırıb.

Bugünlər Belorusun bu ölkəyə üç hücum vertolyotu və ona lazım olan ləvazimatları satması haqqında xəbərlər yayılıb.

Bu ölkədə uzun illərdir hakimiyyət başında olan Laurent Gbagbo noyabrın 28-də keçirilmiş prezident seçkisində uduzsa da hakimiyyəti seçkidə qalib gəlmiş rəqibinə verməkdən imtina edir. Buna görə onun rejiminə qarşı BMT-nin sanksiyaları tətbiq edilib.

Amma Belorusun Xarici İşlər naziri bu ölkəyə silah satılması barədə xəbərlərin əsassız olduğunu bildirib.