Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakan vəfat edib

Türkiyənin keçmiş baş nazirlərindən biri, Səadət Partiyasının başqanı Nəcməddin Ərbakan vəfat edib.

Ürək çatışmamazlığından əziyyət çəkən Ərbakan bazar günü Güven Xəstəxanasında keçinib.

Mərhum çərşənbə axşamı torpağa tapşırılacaq.

Ərbakan 1926-cı il oktyabrın 29-da Sinopda anadan olub.

1995-ci ildə Türkiyənin baş naziri olub.

1998-ci ildə 5 illik siyasətdən uzaqlaşdırılıb.