Tanınmış bəhreyinli dissident vətəninə dönüb

Bəhreyinli dissident Hassan Mushauma mühacirətdə yaşadığı Londondan vətəninə dönüb.

O şənbə günü Manama şəhərində çıxış edərkən bildirib ki, hökumət dialoq və vədlərlə kifayyətlənməməli, təcili islahatlara başlamalıdır.

Cümə günü Manamanın küçələrinə 10 minlərlə adam çıxıb ki, bu ölkədə etirazlar başladıqdan bu yana ən böyük nümayişdir.