Türkiyədə Xocalı faciəsinin ildönümü qeyd edilib

Türkiyənin Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 19-cu ildönümünü qeyd edib.

Tədbirdə türkiyəli tarixçi Hikmət Özdəmir 1992-ci ilin fevralında Xocalıda törədilən qırğınla 1915-ci ildə Şərqi Anadoluda baş verən hadisələr arasında paralellik aparıb.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc, Milli Məclisin deputatı Nizami Cəfərov, azərbaycanlı və türkiyəli alimlər iştirak ediblər.