14 azərbaycanlı Liviyadan evakuasiya olunub

Daha 14 Azərbaycan vətəndaşı Ukraynaya məxsus təyyarə ilə Liviyadan evakuasiya olunub.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi internet saytında məlumat yerləşdirilib. Bildirilir ki, Ukraynanın «Boeing-737» təyyarəsi Liviya paytaxtı Tripolidən Kiyevə 94 nəfər gətirib.

Onlar arasında 14 Azərbaycan vətəndaşı olub.

Bir neçə gün öncə Ukraynaya məxsus təyyarə ilə Liviyadan 10 Azərbaycan vətəndaşı evakuasiya olunmuşdu.