Discovery kosmosa buraxılıb


Dünyanın ən çox səyahət edən kosmik gəmisi Discovery fevralın 24-ü NASA-nın Floridada yerləşən Kennedi adına Kosmik Mərkəzindən kosmosa buraxılıb. Stiv Lindseyin başçılığı altında son səfərini edən Discovery 11 gündən sonra geri qayıdacaq. Bundan sonra onu muzeyə qoymağı planlaşdırırlar.


Hazırda Discovery-nin gövdəsində 6 astronavt və bir robot astronavt var.

Ümumilikdə 38 uçuş (1984-2011) keçirən Discovery, 5 247 dəfə orbitdə dövrə vurmuş, orbitdə 322 gün keçirmişdir.


Discovery-nin sonuncu uçuşu 2010-cu il aprelin 5-də baş tutmuşdur. O zamankı səfər 15 gün, 2 saat, 47 dəqiqə olmuşdur.