Medvedev 7 generalı işdən çıxardıb

Rusiya prezidenti Dmitri Medvedev Daxili İşlər Nazirliyinin 7 generalını və 1 milis polkovnikini işdən çıxarıb.

İşdən çıxarılanlar baş daxili işlər idarəsinin, Tatarıstanın, Udmurtiyanın, Çelyabinsk vilayətinin, Stavropol diyarının, Nenets muxtar mahalının yüksək rütbəli əməkdaşlarıdır.

İşdən çıxarılmaların səbəbləri məlum deyil.