İrlandiyada parlament seçkiləri keçirilir

Bu gün İrlandiyada parlament seçkiləri keçirilir. Parlamentin 165 yeri uğrunda 566 namizəd mübarizə aparır. Onların arasında xeyli sayda müstəqil namizəd var.

İrlandiyada hakim koalisiya dağılandan və baş nazirin istefasından sonra erkən seçkilər keçirilir.

Son zamanlar maliyyə böhranına görə hökumət və baş nazirini reytinqi düşüb. İrlandiya yardım üçün Avropa Birliyi və Beynəlxalq Valyuta Fonduna müraciət edib.

İctimai rəy sorğusuna görə, parlament seçkisində qələbəyə daha çox “Fine Qel” müxalifət partiyasının şansı var.