Belarus 2 milyard dollar kredit alacağına ümidlə yanaşır

Belarusun baş naziri Mixail Myasnikoviç ölkəsinin Avroasiya iqtisadi cəmiyyətinin antiböhran fondundan 2 milyard dollar kredit alacağına ümidlə yanaşır.

Myasnikoviç çərşənbə günü rusiyalı həmkarı Vladimir Putin və Rusiyanın maliyyə naziri İqor Kudrinlə görüşüb.

İnterfaksın məlumatına görə, Kudrin kredit məsələsinə baxıldığını təsdiqləyib.