Zəlzələdə ölənlərin sayı 75-ə çatıb

Yeni Zelendiyanın ikinci böyük şəhəri olan Christchurch şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 75-ə çatıb.

Şəhər meri Bob Parker dağıntılar altında 200-ə yaxın adamın qala biləcəyini bildirib. Xilasetmə işləri bu gün də davam edəcək.

Fevralın 22-də Christchurchda 6,3 bal gücündə zəlzələ olub.