Fotoqraf Rəna Əfəndinin sərgisi

Fevralın 22-də Bakıdakı Fransa Mədəniyyət mərkəzində Azərbaycan fotoqrafı Rəna Əfəndinin üçüncü peşəkar sərgisi keçirildi. «Dörd bucaq» adlanan sərgidə 4 ölkədə - Azərbaycan, Gürcüstan, Türkiyə və Ukraynda çəkilən rəsmlər nümayiş edildi. Fotoqrafın Azərbaycanla bağlı fotoları, əsasən, Balaxanı və Bibiheybətdə neft gölməçələrindən, Xınalıq kəndində Azərbaycan adət-ənənəsi ilə keçirilən toy mərasimi və insanların yaşayışından bəhs edirdi.

Fotoqraflığa başlamazdan əvvəl psixoloq olmağı arzu edən Rəna Əfəndi deyir ki, məhz ona görədir ki, çəkdiyi fotoların çox hissəsini portretlər təşkil edir.

«Mənə insanlarla işləmək maraqlıdır. Düşünürəm ki, portret vasitəsilə insanların içini açmaq, mahiytətini göstərmək olur. Portretin yaranması isə belə olur - əvvəlcə, çəkəcəyim insanla müəyyən bir vaxt keçirir, onunla dialoqa girir və sonra fotosunu çəkirəm».

Sərgi Martın 11-nə kimi davam edəcək.