Hərbi birləşmənin komandiri vəzifəsindən azad edib

Prezident İlham Əliyev fevralın 20-də insident baş vermiş hərbi birləşmənin komandiri Çingiz Şəfiyevi vəzifəsindən azad edib. Onun hərbi rütbəsi bir pillə aşağı endirilib.

APA-nın xəbərinə görə, Çingiz Şəfiyevin yerinə general-leytenant Rövşən Əkbərov təyin olunub.

Fevralın 20-də Şəmkir korpusuna daxil olan “N” saylı hərbi hissədə baş verən hadisə 7 hərbçinin ölümü ilə nəticələnmişdi.