Hillari Klinton Liviyada qan tökülməsinin təcili dayandırmağa çağırıb

ABŞ dövlət katibi Hillari Klinton Muammar Qaddafını Liviyada qan tökülməsini təcili olaraq dayandırmağa çağırıb. O,fevralın 21-də verdiyi bəyanatda zorakılığı "yolverilməz" sayıb.

Klinton deyib ki, "dünya Liviyada baş verənləri həyacanla izləyir". Dövlət katibi əlavə edib ki, Qaddafı hökuməti hələ də insan hüquqlarına,soz və ifadə azadlığına hörmət etmir.