İranın İtaliyadakı diplomatı müxalifətin tərəfinə keçdi

İranın İtaliyadakı diplomatik missiyasında çalışan Ahmad Maleki vəzifəsindən istefa verərək müxalifətin “Yaşıl dalğa” hərəkatına qoşulub. Müxalifət mənbələrinin verdiyi məlumata görə keçmiş diplomat Fransada İran müxalifətinin maraqları üçün işləyəcək.

Maleki İran müxalifətinin liderlərindən biri olan Mehdi Karrubinin yaxın qohumlarından biridir. Müxalifət mənbələrinin məlumatına görə, o, fevralın 19-da İranın İtaliyadakı konsulunun birinci müşaviri vəzifəsindən istefa verib.

Bu xəbər təsdiqlənsə, Ahmad Maleki İranın Avropa ölkələrində fəaliyyət göstərən diplomatik qurumlarından istefa verib müxalifətin tərəfinə keçən dördüncü diplomat olacaq.