«Şəmkir» futbol klubunun qapıçısı vəfat edib

Klubunun qapıçısı Tural Hacıyev 29 yaşında vəfat edib.

Olayla bağlı «Şəmkir» klubunun rəhbərliyi XV turda «Bakılı» ilə keçirəcəyi səfər matçının təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət edib.

Müraciətə baxılıb və oyunun fevralın 19-dan başqa vaxta keçirilməsi qərara alınıb.

Tural Hacıyevin evində, ürəktutmasından öldüyü bildirilir. Lakin komandanın baş məşqçisi Emin Kələntərov deyir ki, futbolçu komandada çıxış etdiyi müddətdə ürəyindən heç bir şikayəti olmayıb.