Yəməndə istefa tələbilə nümayiş davam edir

Yəmənin paytaxtı Sanaada 3 minə yaxın tələbə mərkəzi meydanına yığışaraq prezident Ali Abdullah Salehin istefasını tələb edir.

Cümə günü ölkədə baş vermiş iğtişaşlarda 5 nəfər ölüb.

ABŞ-ın müttəfiqi olan Abdullah Saleh əl Qaidənin yerli qanadına qarşı mübarizə aparır.

Bundan başqa Yəmən separatçılıq problemi ilə üzləşib.

Çimali və cənubi Yəmən formal olaraq 1990-cı ildə birləşib.

Cənubdakı separatçı hərəkatın lideri Hasan Baoumun ailəsi onun bazar günü liman şəhəri olan Adendə həbs olunduğunu və naməlum istiqamətə aparıldığını deyir.

Prezident Abdullah Saleh 32 ildir ki, hakimiyyətdədir.