Qahirədə qələbə marşı keçirilir

Qahirədə minlərlə adam “qələbə marş”ı keçirir. Kütləvi aksiya iştirakçıları
bir həftə əvvəl 32 il hakimiyyətdə olmuş Hosni Mubarakin hakimiyyətdən getməsini qeyd edirlər.

Təşkilatçılar aksiyada 1 milyon adamın iştirakını gözlədiklərini bildiriblər.

Misirdə hakimiyyət dəyişikliyindən sonra ölkədə vəziyyət sabitləşməyə başlayır. Ancaq hələ də küçələrdə tanklar var. Banklar, məktəblər bağlıdır.

Hazırda Misirdə hakimiyyət Ali Hərbi Şuranın əlindədir.