Boris Berezovskinin əmlakı müsadirə edilib

Fransada Biris Berezovskinin mülkiyyəti müsadirə olunub.

Fransa polisi Rusiyanın sorğusu ilə iş adamının Juan körfəzindəki 2 yaxtasını, habelə rəsm əsərləri və digər qiymətli əşyaları müsadirə edib.

Əməliyyatda rusiyalı müstəntiqlər də iştirak ediblər.

Boris Berezovski hazırda Böyük Britaniyada yaşayır.

Rusiyanın hakim dairələri Berezovskini maliyyə fırıldaqçılığında ittiham edir.