Yaxın vaxtlarda ABŞ-la Azərbaycan arasında məsləhətləşmələr keçiriləcək

ABŞ Cənub dəhlizi layihəsini dəstəkləyir.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib.

O qeyd edib ki, bu layihə Azərbaycanla Avropa arasındakı əlaqələri daha da dərinləşdiricək, Avropaya qaz nəqlini müxtəlifləşdirmək imkanı verəcək.

ABŞ-la Azərbaycan arasında bu ilin əvvəlinə planlaşdırılmış məsləhətləşmələrə gəldikdə isə M. Brayza qeyd edib ki, bu yaxın vaxtlarda baş tutacaq və bu müzakirələr ikitərəfli əlaqələrin perspektivi baxımından önəmli olacaq.