Martın 5-də Soçidə prezidentlərin növbəti görüşü gözlənilir

Gələn ay Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı yeni səfiri Metyu Brayza məlumat verib.

O bildirib ki, görüş martın 5-də Rusiyanın Soçi şəhərində olmalıdır.

Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edəcəklər.