Bəhreyndə iki nümayişçi öldürülüb

Bəhreyn, 14 fevral 2011

Müxalifət qüvvələri deyirlər ki, paytaxt Manamada polislə qarşıdurmada 2 nəfər ölüb, 50 nəfər yaralanıb.

Polis kütləvi aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

Parlamentin müxalifətdən olan deputatı İbharim Mattar 1 nəfərin öldüyünü təsdiqləyib və bildirib ki, onlarla adam xəstəxanalardadır, onların vəziyyəti kritikdir.

Etirazların 4-cü günü polis nümayişçilərə qəfildən hücum edib.

Etirazçılar hökumətin istefasını, demokratik islahatlar keçirilməsini tələb edirlər.