Azərbaycanda 10-dan çox prokurorluq yoxlanılıb

Azərbaycanın 10-dan çox rayonunda prokurorluq orqanlarında yoxlamalar aparılıb.

Bu barədə APA agentliyi xəbər verir.

Məlumata görə, Respublika Baş Prokurorluğu ölkənin bir neçə rayonunda, prokurorların 5 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar yoxlamalar aparıb və bəzi prokurorluqlarda nöqsanlar aşkar edilib.

Yaxın günlərdə 10-dan çox rayon prokurorunun dəyişdiriləcəyi gözlənilir.
Yoxlama aparılan rayonlar arasında Xaçmaz, Xızı, Masallı, Tərtər, Qax, Ağstafa, Yevlax,
Ucar rayonları da var.

Baş Prokurorluğun mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.