Gəncə-Qazax yolunda mikroavtobus qəzaya düşüb

Hadisə fevralın 16-da saat 8:15 radələrində Bakı-Qazax yolunun 378-ci km-də, Şəmkir rayonunun ərazisində baş verib.

Şəmkir rayon Polis İdarəsindən verilən məlumata əsasən, «Mercedes» markalı mikroavtobus yolun sağ tərəfinə çıxaraq aşıb. Nəticədə mikroavtobusdakı sərnişin - 1992-ci il təvəllüdlü Nuranə Quliyeva həlak olub.

İlkin ehtimallara görə, hadisəyə sürücünün avtomobili idarə etməni itirməsi səbəb olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.