108 təhsil işçisi işdən çıxarılıb

Misir Mərdanov

Ötən il 4 rayon təhsil şöbəsinin müdiri, 72 məktəb direktoru, 5 direktor müavini, 1 məktəbdənkənar müəssisə rəhbəri, 6 peşə məktəbi direktoru, 1 ali məktəb müəllimi, 10 uşaq bağçası müdiri, 9 baş mühasib, ümumilikdə, 108 nəfər vəzifəsindən azad olunub. 41 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 115 nəfərə töhmət verilib.

Bunu fevralın 15-də Təhsil Nazirliyində keçirilən kollegiya iclasında Təhsil naziri Misir Mərdanov bildirib.

Xəbər Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Nazir deyib ki, ötən il Təhsil Nazirliyinə vətəndaşlardan və dövlət qurumlarından 51 552 məktub, müraciət, ərizə və şikayət daxil olub. 7 251 nəfər qəbul edilib.

İmtahanların aparılması mexanizminin təkmilləşdirilməsi və şəffaflığın artırılması məsələsinə toxunan Misir Mərdanov hər bir təhsil müəssisəsində «Qaynar xətt» xidmətinin yaradılmasının zəruriliyini qeyd edib.