Gəmi partladı, bir nəfər həlak olub

Hadisənin başvermə səbəblərini araşdırılır

Azərbaycan Dövlət Dəniz Administrasiyası «Şirvan» yük gəmisində baş vermiş partlayışla bağlı rəsmi məlumat yayıb.

Məlumatda bildirilir ki, fevralın 14-də saat 19:00-da «İlham Allahverdiyev» adına Gəmi Təmiri Zavodunda təmirə dayanmış, Xəzər Dəniz Gəmiçiliyinə məxsus «Şirvan» quru yük gəmisinin burun hissəsində yanğın baş verib. Saat 23:00-da FHN yanğından mühafizə dəstələrinin müdaxiləsi nəticəsində yanğın söndürülüb.

Baş verən partlayış nəticəsində 3 nəfər xəsarət alıb.

Zavodun çilingəri Rakif Qarayev xəstəxanada vəfat edib. Baş mühəndis Şaiq Mirzəyev və elektrik qaynaqçısı Yurka Qarayev tibb müəssisəsinə yerləşdirilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin, Dövlət Dəniz Administrasiyasının və prokurorluq orqanlarının mütəxəssisləri hadisənin baş vermə səbəblərini araşdırırlar.