Suriyada təhlükəsizlik üzrə xüsusi məhkəmə xaricə informasiya ötürmək ittihamı ilə yeniyetmə bloqqer qızı beş il azadlıqdan məhrum edib.
Indi 19 yaşı olan Tal al-Molouhi 2009-cu ildə tutulub. O zaman al-Molouhi internetdə Suriyanın gələcək inkişafında yer tutumaq istədiyini yazırdı. O, həmçinin ABŞ prezidenti Barak Obamaya müraciət edərək Fələstin probleminin həllinə daha çox kömək xahiş etmişdi.
Fevralın 19-da Tal al-Molouhi məhkəməyə əlləri və gözləri bağlı halda sərt təhlükəsizlik nəzarəti altında gətirilib.
Dövlət Departamenti gənc qızın ABŞ-a casusluq etməsi barədə ittihamları rədd edərək onun dərhal azad edilməsinə çağırıb.