Çin dünyanın ikinci iqtisadiyyatına sahib oldu

Fevralın 14-də Yaponiya iqtisadiyyatı haqqında elan edilən məlumatlardan aydın olub ki, Çin bu ölkəni keçərək dünyanın ikinci ən böyük iqtisadiyyatına sahibdir. Birinciliyi isə hələlik ABŞ özündə saxlayır.

Yaponiya 2010-cu ilin son dörd ayında iqtisadiyyatının 1.1 fazi azaldığını bildirib. Amma bu, əvvəl gözləndiyindən daha yaxşı göstərici olub.