Könüllülər “Marsa çıxırlar”

Mars planetinə səyahət üçün qurulan təxmini kosmik gəmidə altı ay qalandan sonra könüllülər fevralın 14-də “Marsa çıxıblar.” Alimlər təxminən Qırmızı Planetdəkinə bənzər şəraiti laboratoriyada yaradıb könüllü araşdırmaçıları onun səthinə çıxarıblar.

Ümumilikdə 520 gün çəkəcək bu təcrübə ilə alimlər insanın bu cür uzunmüddətli səfər zamanı təcriddə və Marsdakı şəraitdə necə davrandığını öyrənmək istəyirlər.

Moskvada bir araşdırma mərkəzində aparılan sınaqlarda iştirak edənlərdən ikisi rus, biri fransız, biri italyan, biri isə çinlidir.

Fevralın 14-də onlardan üçü süni yaradılmış Mars üzərinə Rusiya, Çin və Avropa Birliyinin bayraqlarını sancıblar.