Gəncədə Pedaqoji İnstitutun yataqxanasında partlayış olub

Məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli binanın 3 mərtəbəsində baş vermiş partlayışda bir nəfər xəsarət alıb.

Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, hadisə fevralın 14-də səhər saatlarında baş verib. Buna səbəb yataqxanada qaz sızması göstərilir.

Nəticədə Xocalı şəhərindən məcburi köçkün olan 1961-ci il təvəllüdlü Arzu Hacıyeva xəsarət alıb.

Partlayışın gücündən 6 otaqlı mənzilin bütün pəncərələri sınıb, evdəki əşyaların bəziləri yararsız hala düşüb.

Hazırda Gəncə şəhər Qaz İstismar İdarəsinin və Yanğından Mühafizə İdarəsinin əməkdaşları hadisə yerində tədqiqat işləri aparırlar.