Çində dəmir yolları naziri rüşvət almaqda ittiham edilir

Çinin dövlət informasiya agentliyi Xinhua bildirir ki, dəmir yolları naziri “intizam qaydalarını kobud pozduğuna görə” əsas siyasi postdan kənarlaşdırılıb.

Bu nazirə qarşı istintaq yüksək dairələrdə aparılır. Çünki onun rəhbərlik etdiyi yüksək sürətli dəmir yolu xəttinə Çin hakimiyyəti külli miqdarda sərmayə yönəldib.