Qobustan həbsxanası 2012-ci ilə qədər köçürüləcək

Qobustan həbsxanası
Yaxın vaxtlarda Qobustan həbsxanası Umbakı qəsəbəsində tikilən yeni binaya köçürüləcək.

Bu haqda «APA»ya Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev bildirib.

«Umbakı qəsəbəsində yeni binanın tikintisinə başlanılıb. Qobustan həbsxanası 2012-ci ilə qədər yeni binaya köçürüləcək».

Əliməmməd Nuriyev deyir ki, cəzaçəkmə müəssisələrində vərəmə yoluxma halları 30 faiz azalıb.

Xarici ölkə vətəndaşı olan məhkumların sayı isə 1000-ə yaxındır. Onların arasında İran və Rusiya vətəndaşları üstünlük təşkil edirlər.