Hökumət martın 15-16-da Milli Məclisdə hesabat verəcək

Milli Məclis

Bu barədə «APA»ya Milli Məclisdən bildirilib.

Hesabatın mətni isə fevralın sonlarında deputatların tanış olmaları üçün parlamentə təqdim olunacaq.

Bundan əvvəl – martın əvvəllərində isə parlamentdə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın məruzəsi dinləniləcək. Ombudsmanın məruzəsinin vaxtı açıqlanmayıb.