Yeni taksilər sərnişinlərin cibinə necə təsir edəcək?

Bakıya yeni taksilər gətirilib.

Bunların 12-si tanınmış «London Taksi» şirkəti tərəfindən istehsal olunmuş TX 4 modeli yalnız taksi məqsədləri üçün nəzərdə tutulan avtomobildir ki, bu da Avro-4 standartlarına tam cavab verir.

Avtomobilin sürücü hissəsi sərnişin hissəsindən şəffaf arakəsmə ilə ayrılıb. Avtomobilin arxa hissəsində nəzərdə tutulmuş üzbəüz oturacaqlarda 5 sərnişin əyləşə bilər.

Bundan əlavə, avtomobil əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilib. Avtomobillərə sayğaclar quraşdırılıb.

Sizcə, taksi nəqliyyatındakı yeniliklər sərnişinlərin cibinə necə təsir edəcək?