Aclıq aksiyası mübarizə üsulu kimi nə dərəcədə effektlidir?

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin «Xəqani-33» ünvanında yerləşən «Azadlıq» qəzeti və digər KİV-lərin binadan çıxarılması tələbinə və mətbuata təzyiqlərə etiraz əlaməti olaraq noyabrın 9-dan bir sıra siyasətçilər, jurnalistlər və hüquq müdafiəçiləri aclıq aksiyası keçirir. Noyabrın 21-də isə Müstəqil Azərbaycan Universitetinin bir qrup tələbəsi təhsil hüquqlarının bərpası tələbi ilə yenidən aclıq aksiyasına başlayıb. Aclıq aksiyası mübarizə üsulu kimi nə dərəcə də effektlidir? Mövzunu şərh edin