İran azərbaycanlılarının Bəzz qalasına yürüşünü şərh edin

Azərbaycanın tarixi qəhrəmanı Babək Xorrəmdinin ad günü hər il Kəleybər şəhərinin yaxınlığındakı Bəzz qalasında qeyd edilir. Adətən iyun ayının 29 və 30-da keçirilən mərasim bu il İran Azərbaycanında baş verən son nümayişlərdə həlak olanların vəfatının 40-cı gününə təsadüf edirdi.

Lakin, İran hökuməti Bəzz qalasına yürüş cəhdinin qarşısını aldı və Azərbaycan dilində dərc edilən mətbuat orqanlarının fəaliyyətini qadağan etdi. Mövzunu şərh edin.