Mahmud Əhmədinejad İlham Əliyevi İrana dəvət edib

İran prezidenti Mahmud Əhmədinejad Azərbaycan prezidenti İlham Əliyevi Tehrana səfərə dəvət edib.

Bunu ANS-ə eksklüziv açıqlamasında İranın Azərbaycandakı səfiri Məmmədbağır Bəhrami deyib.

Onun sözlərinə görə, Tehranda Novruz bayramını qeyd edən ölkə rəhbərlərinin iştirakı ilə tədbir keçirilməsi nəzərdə tutulub. O qeyd edib ki, İran prezidenti Mahmud Əhmədinejad
Xəzəryanı ölkə rəhbərlərinin Bakıda keçirilən iclası zamanı İlham Əliyevi İrana dəvət edib və yəqin ki, bu dəvət yazılı şəkildə də ediləcək.