"Ən yeni ədəbiyyat" seriyasından 4 yeni kitabın təqdimatı olacaq

Daha dörd kitab – ikisi nəsr, ikisi poeziya olmaqla “Ən yeni ədəbiyyat” seriyasına qoşulub.

Nəşriyyatdan Lent.az-a verilən məlumata görə, Samir Sarının “İks günü”, Kənan Hacının “Yağ kimi” romanları, Sevinc Çılğının “Alaçarpa”, Sevinc Pərvanənin “Qadağan saatları” şeirlər kitabları artıq oxucuların ixtiyarına verilib.

Kitabların təqdimat mərasimi fevralın 12-də “Əli və Nino” kitab dükanında olacaq.

Qeyd edək ki, Sevinc Pərvanənin bu kitabı “Ən yeni ədəbiyyat” seriyasında çap olunan ikinci nəşridir.

Bütövlükdə seriya üzrə 12 kitab işıq üzü görüb.

lent.az