Cənubi Sudan 99 faiz müstəqilliyə səs verib

Cənubi Sudanda keçirilən referendumun nəticələrinə görə əhalinin 99 faizi müstəqilliyə səs verib. Fevralın 7-də referendumun rəsmi nəticələri elan edilən gün yüzlərlə adam paytaxt Jubaya toplaşaraq şənlik edib.

Bu referendum 2055-ci ildə Sudanda vətəndaş müharibəsinin başa çatması zamanı razılaşdırılmışdı.

BMT və ABŞ referendumun nəticələrini alqışlayıb.