Türkmən atlarının gözəllik müsabiqəsi keçiriləcək

Türkmənistan prezidenti hər ildə bir dəfə ölkədə cins atların gözəllik yarışının keçirilməsi barədə sərəncam verib.

Bu yayılan sərəncamda deyilir ki, hər ilin aprelində qədim Axal Teke atlarının şərəfinə gözəllik müsabiqəsi keçirilsin. Qaliblər isə dünya üzrə keçiriləcək at yarışları ilə müəyyən olunacaq.

Dünyanın bir neçə liderinə hədiyyə kimi verilən Axal Teke atları Türkmənistanın gerbində də əksini tapıb.