Gitaraçı Gary Moore ölü tapılıb

Dünyanın məşhur gitaraçılarından biri sayılan Gary Moore, İspaniyanın Estepona kurort şəhərindəki otel otağında ölü tapılıb. 58 yaşlı müsiqiçinin ürək tutmasından öldüyü ehtimal olunur.

Moore, 16 yaşından musiqiylə məşğul olmağa başlayıb. 1973-cü ildə gitaraçı «Gary Moore Band»ı yaradıb.

1974-cü ildə «Colosseum II» adlı qrupda fəaliyyətini davam etdirib.

Phil Lynott, John McLaughlin ve Santana kimi musiqiçilərlə birlikdə işləyib.

1979-cu ildə Gary Moore ilk solo albomunu da yayımlayıb, 1982-ci ildən isə solo fəaliyyətlə məşğul olmağa başlayıb. Sənətkarlar öz aralarında onu "Ağ dərili blyuz sehrbazı" adlandırırdılar.