Qaz balonu partlayıb, 2 azyaşlı ölüb

Hadisə fevralın 7-si saat 12:30-da Göygöl rayonunun Balçılı kəndində, şəxsi evdə baş verib.

İlkin ehtimallara görə, hadisə kənd sakinləri - 11 yaşlı Ceyhun Rzayev və 10 yaşlı Heydər Rzayev qardaşlarının qaz balonu ilə oynaması nəticəsində baş verib.

Hər iki azyaşlı partlayışdan həlak olub.

Faktla bağlı araşdırma aparılır.