Türkiyə kəşfiyyatının rəhbəri Bakıdadır

Türkiyənin Milli İstihbarat Təşkilatının müstəşarı (rəhbəri) Hakan Fidan fevralın 6-7-də Bakıda rəsmi səfərdədir.

Məlumatı Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidməti yayıb.

Hakan Fidan azərbaycanlı həmkarı Eldar Mahmudovla görüşüb.

Görüşdə transmilli mütəşəkkil cinayətkarlıq, terror¬çu¬luq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, miqrasiya prosesləri barədə fikir mübadiləsi apa¬rılıb.

Hakan Fidan prezident İlham Əliyevlə də görüşüb və təhlükəsizlik sahəsində iki ölkə arasındakı əlaqələri müzakirə edib.