Rusiya və ABŞ arasında START müqaviləsi qüvvəyə minir

ABŞ Dövlət Katibi Hillari Klinton və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov fevralın 5-də nüvə silahlarının azaldılmasına dair ölkələrinin parlamentlərində təsdiq edilmiş müqavilələri bir-birinə ötürüblər.

Bununla da iki ölkə arasında strateji nüvə başlıqlarının 1550 ədədə qədər azaldılması barədə yeni START adlanan müqavilə qüvvəyə minir.

Sənədlərin təhvil verilməsi mərasimi Almaniyada – Münhen şəhərində keçirilən beynəlxalq təhlükəsizlik mövzusunda illik konfransda baş tutub.