Matthew Bryza Azərbaycana gəlir

Matthew Bryza

ABŞ-ın Azərbaycana yeni təyin etdiyi səfir Matthew Bryza fevralın 6-da Bakıya gəlir.

Bu barədə məlumatı ABŞ səfirliyindən təsdiqləyiblər.

M. Bryza 1988-ci ildən diplomatik fəaliyyətdədir.

Onun son fəaliyyəti Cənubi Qafqazla, Azərbaycanla bağlı olub.

Belə ki, 2006-cı ildən ATƏT-in Minsk Qrupunun həmsədri postunu tutub, daha sonra ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsinə keçib.