Aysel Teymurzadə YAP-a üzv olmaq istəyir

Müğənni hakim partiyanın Nəsimi rayon təşkilatına müraciət edib

2009-cu ildə keçirilən «Eurovision» mahnı yarışmasında 3-cü yerin qalibi Aysel Teymurzadə Yeni Azərbaycan Partiyasına üzv olmaq istəyir. Bu barədə məlumat YAP-ın internet saytında yerləşdirilib. Məlumata görə, müğənni hakim partiyanın Nəsimi rayon təşkilatına YAP-a üzv olmaq üçün müraciət edib.

Xatırladaq ki, bir neçə gün əvvəl daha bir «Eurovision» təmsilçimiz Səfurə Əlizadə də YAP-a üzv olmaq arzusunu açıqlamışdı.