Belorusda demokratiya fəallarına 120 milyon dollar yardım veriləcək

Donorlar Belorusda insan haqları və demokratiya sahəsində layihələrə 120 milyon dollar dəyərində fond yaradıblar. Bu gün Varşavada keçirilən 36 donor ölkənin toplnatısında Avropa Birliyi bildirib ki, Belorusda demokratiya layihələrinin dəstəklənməsi büdcəsini dörd dəfə artıraraq 16 milyon avroya çatdırır.

Dekabrın 19-da keçirilmiş prezident seçkisinin saxtalaşdırıldığını deyən müxalifəti əzib, yüzlərlə müxalifət tərəfdarını həbs edib.

Buna görə Avropa Birliyi prezident Aleksandr Lukaşenko da daxil olmaqla Belorusun 157 nəfər yüksək vəzifəli şəxsinin Birlik ölkələrinə səfərlərini qadağan edib.