Bakıdan Gürcüstana mazut daşıyan yük qatarı qəzaya uğrayıb

Hadisə fevralın 2-də Goranboy rayonunun Dəli Məmmədli dəmiryol stansiyasında baş verib.

«Azərbaycan Dövlət Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, yük qatarının son 4 vaqonunun təkər cütləri reysdən çıxıb.

Vaqonlarda mazut olsa da, ətrafa dağılmayıb.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər davam edir. İlkin ehtimallara görə, hadisəyə pis hava şəraiti səbəb olub.