Pakistanda 5 polis öldürülüb

Pakistanın Bəlucistan əyalətində yaraqlılar 5 polisi öldürüblər. Onlar polis maşınını pusquya salıblar.

Etnik bəluclar artıq neçə on illərdir hökumətə qarşı silahlı mübarizə aparır. Onlar öz əyalətləri üçün geniş muxtariyyət tələb edirlər.