İsrail Misirdə İran rejiminə bənzər sistemin qurulmasından narahatdır

İsrailin baş naziri Benjamin Netanyahu bildirir ki, Misirdə yaranan xaosda hakimiyyətin radikal islamçı qrupların əlinə keçməsindən narahatdırlar.

Yanvarın 31-də İsraildə səfərdə olan Almaniyanın Baş naziri Angela Merkellə birgə mətbuat konfransında Netanyahu deyib: “Xaos zamanı təşkilatlanmış islamçı qruplar hakimiyyəti ələ ala bilərlər. Bu hadisə İranda və başqa ölkələrdə baş verib”.