İraq kürdlərinin müxalifətdə olan “Dəyişiklik”partiyası ölkənin şimalındakı regional hökuməti istefa verməyə çağırıb və bildirib ki, ərəb ölkələrində gedən etirazlar ona xəbərdarlıq olmalıdır.
Bu partiya regional hökuməti korrupsiya və xalqın maraqlarına xidmət etməməkdə günahlandırır.
Hakim “Kürdüstan Vətənpərvərlər İttifaqı” və “ Kürdüstan Demokrat Partiyası” isə bildiriblər ki, müxalifət Misir, Tunis və digər ölkələrdəki vəziyyətdən istifadə etməyə çalışır.
Amma onlar eyni zamanda islahatlar vəd ediblər.